Türkiyədə 3 PKK terrorçusu saxlanılıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Ədirnə vilayətində həyata keçirilib.
Məlumatına görə, daha əvvəl Türkiyə sərhəd bölmələri ölkə sərhədini qanunsuz keçmək istəyən üç nəfəri saxlayıb.
Yunanıstana qaçmağa çalışan şübhəli şəxslərin PKK terror təşkilatının üzvləri olduğu məlum olub.
Qeyd edək ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.