Modern.az

Bakıda ər arvadını bıçaqlayaraq ona xəsarət yetirib

Bakıda ər arvadını bıçaqlayaraq ona xəsarət yetirib

Aktual

6 Yanvar 2020, 23:12

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib.

Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı