Modern.az

Hicran Hüseynovanın vəzifəsi müavininə TAPŞIRILDI

Hicran Hüseynovanın vəzifəsi müavininə TAPŞIRILDI

Aktual

7 Yanvar 2020, 10:56

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova seçkiyə görə vəzifəsinin icrasını dayandırıb.

 

Modern.az Unikal.org-a istinadən məlumat verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Hicran Hüseynova parlament seçkilərinə  qatıldığı üçün məzuniyyətə çıxıb. Onun vəzifəsinin icrası isə Komitə sədrinin müavini Aynur Sofiyevaya tapşırılıb.

 

Xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı