Modern.az

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün Yeni il aksiyası təşkil edilib

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün Yeni il aksiyası təşkil edilib

Aktual

7 Yanvar 2020, 19:23

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada, Qorki adına parkda uşaqlar üçün "AMORKIDS" adlı ənənəvi Yeni il aksiyası təşkil edilib.

 

Modern.az AzərTac-a istinadən xəbər verir ki, parka gələnləri Şaxta Baba qarşılayıb. 

 

O, qonaqlara əsl Yeni il şənliyi təşkil edib və onlara hədiyyələr bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər, çalıb oynayıblar, mahnı və şeir oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı