Modern.az

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Aktual

8 Yanvar 2020, 14:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

 

Modern.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

Allah rəhmət eləsin!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...