Modern.az

Baş Prokurorluqdan Nərminlə bağlı MÜRACİƏT

Baş Prokurorluqdan Nərminlə bağlı MÜRACİƏT

Aktual

8 Yanvar 2020, 19:59

"Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə yanvarın 7-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri, eləcə də ayrı-ayrı şəxslər tərəfindən dəqiqləşdirmə aparılmadan sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmasını davam etdirirlər".

 

Modern.az xəbər verir ki, bunu Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün feysbuk hesabında yazıb.

 

"İstintaqın maraqlarına zidd olan, insanların heysiyyatına toxunan, uşaqların psixologiyasına mənfi təsir edə biləcək bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirilməsini xahiş edirəm", - deyə E.Sultanov bildirib.

 

Xatırladaq ki, yanvarın 6-da Tovuz rayonunda ötən il noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 10 yaşlı qız öldürüldükdən sonra yandırılıb. Hazırda cinayətkar(lar)ın tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

T.İSMAYIL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı