Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində apardığı antiterror əməliyyatında iştirak edən hərbçilərdən dördü şəhid olub.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində baş verib.
Məlumata görə, yol nəqliyyatı nəzarəti həyata keçirən hərbçilər bomba yüklü avtomobillə törədilən terrora məruz qalıblar.