Daxili İşlər orqanlarında yeni təyinat olub.
Modern.az xəbər verir ki, bununla bağlı general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Belə ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.