Modern.az

Zakir Qaralov Bərdəyə yeni prokuror təyin etdi

Zakir Qaralov Bərdəyə yeni prokuror təyin etdi

Aktual

9 Yanvar 2020, 18:17

Bərdə rayonuna yeni prokuror təyin edilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Tərtər rayon prokuroru vəzifəsini icra edən Şıxəli Alməmmədov Bərdə rayon prokuroru təyin edilib.

 

Xatırladaq ki, Bərdə rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev bir müddət əvvəl işlərində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı