Yanvarın 12-də müəmmalı surətdə itdiyi bildirilən 14 yaşlı Mədinə Məmmədova tapılıb.
Bu barədə AFN-ə M.Məmmədovanın əmisi Təzəxan Məmmədov məlumat verib. O bildirib ki, qardaşı qızı hazırda polisdə izahat verir.
"Hələ ki, məsələnin mahiyyəti bizə də məlum deyil, çıxsın öyrənəcəyik" - deyə T.Məmmədov qeyd edib.
***
22.39
Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.
Modern.az xəbər verir ki, bu barədə AFN-ə Mədinənin əmizi Təzəxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: "Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar getdilər. Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur".