Modern.az

Qobustanda ana 3 azyaşlı övladı ilə zəhərlənərək xəstəxanalıq oldu

Qobustanda ana 3 azyaşlı övladı ilə zəhərlənərək xəstəxanalıq oldu

Aktual

13 Yanvar 2020, 17:28

Qobustan rayonunda bir ailə dəm qazından zəhərlənib.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, hadisə Qobustan şəhəri, M.Ə.Sabir küçəsi, ev 16-da baş verib.

 

Həmin evdə yaşayan, 1990-cı il təvəllüdlü Rəna Aslanova, övladları-2009-cu il təvəllüdlü Suvra Muradova, 2010-cu il təvəllüdlü Elçin Muradov və 2012-ci il təvəllüdlü Silarə Muradova yaşadıqları evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərləniblər. Ailə təcili Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib. Hazırda ailə üzvlərinin vəziyyəti normal qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı