Modern.az

Bakıda dəhşətli qəza: Yük maşını 47 yaşlı kişinin üstündən keçdi

Bakıda dəhşətli qəza: Yük maşını 47 yaşlı kişinin üstündən keçdi

Aktual

14 Yanvar 2020, 00:31

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib.

Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması