Modern.az

Daşkənddə ilk elektrobus xəttə buraxıldı

Daşkənddə ilk elektrobus xəttə buraxıldı

Aktual

8 Mart 2020, 12:32

Daşkənddə Çin istehsalı olan ekoloji cəhətdən təmiz “Yutong” markalı ilk elektriklə işləyən avtobus xəttə buraxılıb.

 

Modern.az  xəbər verir ki, 12 metrlik elektrobus bir dəfə enerji ehtiyatı yığdıqdan sonra təxminən 350 kilometr gedir. Avtobusda 32 oturacaq yeri var və sərnişin tutumu 90 nəfərdir.

 

Elektrobusun qiyməti 380-400 min dollar arasında dəyişir. Özbəkistan gələcəkdə elektrobusun sayını artırmaq niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?