Modern.az

Komitə sədri özəl telekanalların aparıcılarını tənqid etdi: Bəziləri özlərini səhiyyə naziri kimi aparırlar”

Komitə sədri özəl telekanalların aparıcılarını tənqid etdi: “Bəziləri özlərini səhiyyə naziri kimi aparırlar”

Aktual

16 Mart 2020, 13:20

“Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar”.

 

Modern.az-ın məlumatına görə, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.

 

O bildirib ki, aparıcılar bəzi həkimləri reklam edərək onun bir nömrəli həkim olduğunu vurğulayırlar:

 

“Guya bu həkimdən yoxdur. Yanına getsəniz sizi sağaldacaq. Hesab edirəm ki, bu məsələyə qanunla baxılmalıdır. Bunun üçün “Reklam haqqında” qanuna baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Bunu edənə tənqidi baxmaq lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?