Meksikada 7,3 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Oaxako ştatının Krusesita şəhərindən cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, Krusesits yaşayış məntəqəsində binanın çökməsi baş verib, nəticədə bir nəfər həlak olub, digəri yaralanıb.
ABŞ-da Sunami Təhlükəsi haqqında Milli Mərkəz zəlzələdən sonra Meksikanın, Salvadorun və Qvatemalanın qərb sahilləri üçün sunami həyəcanı barədə məlumat yayıb.