Modern.az

Lənkəranda 3 ədəd tank əleyhinə mina aşkarlandı

Lənkəranda 3 ədəd tank əleyhinə mina aşkarlandı

Aktual

24 İyul 2020, 00:59

İyulun 23-də saat 10:24-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərinin Liman qəsəbəsi ərazisində üç ədəd tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

 

ANAMA-dan Modern.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, DSX-nin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üç ədəd tank əleyhinə TM-62M minası aşkarlanıb. Həmin mina zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Minaların tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV