Modern.az

Şirvanda yataqxanada yanğın - 2 azyaşlı öldü

Şirvanda yataqxanada yanğın - 2 azyaşlı öldü

Aktual

30 Avqust 2020, 08:44

Şirvan şəhərində yataqxanada yanğın baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

 

Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan 2 yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər. 

 

Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!