Modern.az

Şahbaz Quliyevin bacısı Modern.az-a danışdı: “Ordumuz qələbə çalmasaydı, qardaşımgil də qayıtmayacaqdı”

Şahbaz Quliyevin bacısı Modern.az-a danışdı: “Ordumuz qələbə çalmasaydı, qardaşımgil də qayıtmayacaqdı”

Aktual

14 Dekabr 2020, 18:25

6 ildən sonra erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbayvana gətirilib.

 

Qardaşı Şahbaz Quliyevin azadlığı ilə bağlı Modern.az-a danışan İradə Quliyeva sevinc gözyaşlarını saxlaya bilməyib:

 

"Demişdilər qaytaracaqlar, amma bu gün qaytarılacağını bilmirdim. Ali Baş Komandana təşəkkür edirəm. Ordumuz Qarabağda qələbə çalmasaydı, qardaşımgil də qayıtmayacaqdı. Cənab Prezidentimizə, ordumuzun hər bir əsgərinə, qardaşimgili duası ilə anan hər kəsə sağ olun deyirəm.
Hislərimi ifadə edə bilmirəm. Allah bütün darda olanların  qapısını açsın".

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu