Modern.az

Ankarada zəlzələ oldu

Ankarada zəlzələ oldu

Aktual

11 Yanvar 2021, 00:10

Türkiyənin paytaxtı Ankara şəhərində zəlzələ baş verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, zəlzələ yanvarın 10-da Türkiyə vaxtı ilə saat 22:53-də Ankaranın Kalecik rayonunda qeydə alınıb.

 

AFAD-ın məlumatına əsasən, zəlzələnin gücü 4,5 bal olub.

 

Zəlzələnin 12 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.

 

Ankara valisi Vasif Şahin Kalecikdə baş verən zəlzələ ilə bağlı açıqlamasında bildirib ki, heç bir insan itkisi və ya dağıntı haqqında valiliyə məlumat daxil olmayıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV