Modern.az

İmişlidə qoyun oğrusu saxlanıldı

İmişlidə qoyun oğrusu saxlanıldı

Aktual

15 Fevral 2021, 10:40

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmkəndlilərinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, bir qrup İmişli rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Mayis Kərimov saxlanılıb.

 

Araşdırmalarla onun 8 baş qoyun oğurlamaqla həmkəndlilərinə 1000 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV