Modern.az

Qaxda ev yanıb külə döndü - VİDEO

Qaxda ev yanıb külə döndü - VİDEO

Aktual

15 Fevral 2021, 23:08

Qax rayonunda yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb.

 

Belə ki, Qaxbaş kənd sakini, 1959-cu il təvəllüdlü, Tamazaşvili Sosiko Restikoviçə məxsus ümumi sahəsi 112 kv/m olan kürsülü bir mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV