Modern.az

Çində ard-arda 3 zəlzələ

Çində ard-arda 3 zəlzələ

Aktual

21 May 2021, 21:14

Çinin cənub-qərbindəki Yünnan vilayətində bir neçə yeraltı təkan qeydə alınıb. Onların ən güclüsü 6,4 bal olub.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 21:21-də (Bakı vaxtı ilə 17:21) baş verib. Onun ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

 

Ərazidə saat 21:48-də 6,4 bal, 21:55-də isə 5 bal gücündə növbəti təkanlar qeydə alınıb. Həmin zəlzələlərin ocağı isə yer səthindən 8 kilometr dərinlikdə olub.

 

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı