Modern.az

“Boko Haram”ın lideri öldürüldü

“Boko Haram”ın lideri öldürüldü

Aktual

21 May 2021, 23:54

Son 72 saat ərzində Nigeriyanın xüsusi xidmət orqanları tərəfindən islamçıların əldə etdiyi səs yazıları “Boko Haram”ın lideri Abubəkr Şekaunun öldürüldüyünə dəlalət edir.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Daily Nigerian” qəzetinə milli kəşfiyyat cəmiyyətindən bildirilib.

 

Qeyd olunub ki, Şekau 19 may tarixində “Qərbi Afrikada İslam dövləti” (ISWAP) cinayət qruplaşmasının üzvləri ilə atışmada qətlə yetirilib.

 

Bildirilib ki, Şekau kiçik bir dəstə ilə Sambis meşəsindəki qərargahında mühasirəyə düşüb. O, təslim olmaqdan imtina edib.

 

2013-cü ildə ABŞ onun tutulması üçün 7 milyon ABŞ dolları mükafat təyin etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı