"Azəriqaz" İB-nin Xaçmaz regional qaz istismarı idarəsində yeni təyinatlar və yerdəyişmələr olub.
Modern.az xəbər verir ki, "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyevin əmrilə regional idarənin Quba qaz istismarı şöbəsinin rəisi Hüseyn Hüseynov Siyəzən qaz istismarı şöbəsinə, regional idarənin nəzarət şöbəsinin rəisi Həmid Həmidov Quba qaz istismarı şöbəsinə, regional idarənin rejim üzrə şöbə rəisi Vasif Şıxməmmədov Qusar qaz istismarı şöbəsinə, regional idarənin satış şöbəsinin rəisi Vüqar Rzayev Xaçmaz qaz istismarı şöbəsinə rəis təyin edilib. Xaçmaz qaz istismarı şöbəsinin rəisi Elmir Kamalov isə yenidən Şabran qaz istismarı şöbəsinə rəis olunub.
Məlumatı Xaçmaz regional qaz istismarı idarəsindən təsdiqləyiblər.
Aytəkin ALXASLI