Modern.az

Bakıda qardaş bacısını BIÇAQLADI

Bakıda qardaş bacısını BIÇAQLADI

Aktual

14 İyun 2021, 11:50

Bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılması barədə məlumatlar yayılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurub. Fakt əsasında Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 

Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!