Modern.az

Uşaqlar da koronavirusa qarşı peyvənd edilməlidir - ÜST

Uşaqlar da koronavirusa qarşı peyvənd edilməlidir - ÜST

Aktual

24 İyun 2021, 08:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqları peyvənd etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST-nin saytında yerləşdirilən tövsiyələrdə qeyd edilir.

 

Bildirilir ki, uşaqlar və yeniyetmələr böyüklərlə müqayisədə koronavirusu daha yüngül formada keçirirlər: "Bu səbəbdən, onlar koronavirusu ağır keçirmə riski daha yüksək olan qrupda olmadıqları təqdirdə, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar və səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər".

 

Daha əvvəl ÜST COVID-19 peyvəndlərinin uşaqlara təsiri barədə yetərli məlumatın olmadığını bildirmişdi, bu səbəbdən uşaqların peyvənd edilməsini tövsiyə etmirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?