Modern.az

İngiltərə yarımfinalda!

İngiltərə yarımfinalda!

Aktual

4 İyul 2021, 00:50

AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, sonuncu yarımfinalçı Romada müəyyənləşib.

 

İtaliya paytaxtı İngiltərə və Ukrayna millilərinin oyununa ev sahibliyi edib. Görüş böyük britaniyalıların üstünlüyü ilə keçib. Bu hesabda da öz əksini tapıb. Hər iki hissənin əvvəlində erkən qolları sıralayan Qaret Sautqeytin yetirmələri böyükhesablı qələbə qazanıb. İngiltərə yığması bu qələbə ilə Londonda keçiriləcək yarımfinala vəsiqə əldə edib.

 

Qaret Sautqeytin yetirmələri iyulun 7-dəki yarımfinal matçında Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

AVRO-2020
1/4 final
3 iyul
23:00. Ukrayna – İngiltərə - 0:4
Qollar: 
Harri Keyn, 4, 50, Qari Maquayr, 46, Cordan Henderson, 63
Baş hakim: Feliks Brix (Almaniya)
Roma Olimpiya Stadionu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV