Modern.az

Özbəkistanla Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Özbəkistanla Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Aktual

4 İyul 2021, 11:27

Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin dərinləşməsi, əvvəl əldə olunan razılaşmaların həyata keçirilməsi, sərmayə qoyuluşu, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının istehsalı, turizm sahəsində layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

 

Azərbaycan şirkətlərinin toxuculuq, dəri-ayaqqabı, zərgərlik və elektrotexnika sahəsində özbək istehsalçıları ilə birgə sənaye kooperasiyası yaratması barədə razılıq əldə olunub.

 

Görüşdə qarşılıqlı ticarətin həcminin artırılması məsələləri də müzakirə edilib. Vurğulanıb ki, gələcəkdə ticarətin həcmini ildə 500 milyon dollara çatdırmaq üçün hər iki tərəfin imkanları var və bundan istifadə etmək vacibdir.

 

Tərəflər nəqliyyat-logistika, yükdaşımaların və tranzit potensialının artırılması ilə bağlı məsələləri, kənd təsərrüfatı məhsullarının emalı və ixracı üçün birgə aqroloqistik klasterlərin yaradılması imkanlarını da müzakirə ediblər.

 

Danışıqlarda ikitərəfli görüşlərə hazırlıq tədbirləri, Özbəkistana yüksək səviyyyəli səfər, ölkələr arasında Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi məsələləri də diqqət mərkəzində olub.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV