Modern.az

Qazi Amin Musayevin doğum günüdür

Qazi Amin Musayevin doğum günüdür

Aktual

4 İyul 2021, 15:50

ADBTİA Qarabağ qazisi Amin Musayevi təbrik edib.

 

Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən Modern.az- daxil olan məlumata görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və kollektivi, eləcə də Akademiyanın Elmi-Tədris Laboratoriyasının tibbi heyəti Vətən müharibəsi qazisi Amin Musayevi doğum günü münasibətilə təbrik ediblər.

 

Vətən müharibəsində igidlik göstərən Amin Musayev yaralanaraq əsir düşsə də, düşmənin işgəncələrinə mətinliklə dözən qəhrəman oğullarımızdandır.

 

Qeyd edək ki, Amin Musayev 9 iyun 2021-ci il tarixindən Akademiyanın Elmi-Tədris Laboratoriyasında tibbi heyətin köməyi ilə fiziki reabilitasiya prosesinə başlayıb.

 

Qazimizə can sağlığı və uzun ömür arzulayırıq.

Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV