Modern.az

“Sumqayıt” Türkiyə klubu ilə qarşılaşacaq

“Sumqayıt” Türkiyə klubu ilə qarşılaşacaq

Aktual

4 İyul 2021, 16:22

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” sabah ilk yoxlama oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri yerli “Keçiörengücü” kollektivi ilə qarşılaşacaq. Qızılcahamam Mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 17:30-da (yerli vaxtla 16:30) start veriləcək.


 
Qeyd edək ki, “Keçiörengücü”də bu yay “Keşlə”dən transfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərli də forma geyinir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi