Modern.az

Şəkidə tövlə içərisindəki heyvanlarla birlikdə yandı

Şəkidə tövlə içərisindəki heyvanlarla birlikdə yandı

Aktual

4 İyul 2021, 17:20

Şəkidə mal tövləsi içərisindəki heyvanlarla birlikdə yanıb.

 

Modern.az-ın məlumatına görə, yanğın rayonun Böyük Dəhnə kənd sakini, 2001-ci il təvəllüdlü Kərimova Əfsanə Habil qızına məxsus ümumi sahəsi 48kv.m olan mal tövləsində baş verib.

 

Yanğın zamanı tövlənin içərisində olan 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Eyni zamanda dama yığılmış 1,5 ton ot bağlamasının 500 kq-mı yanıb.

 

Faktla bağlı araşdırma aparılır. ("Qafqazinfo")

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi