Modern.az

Qazaxda gənc oğlanı maşın vurdu

Qazaxda gənc oğlanı maşın vurdu

Aktual

4 İyul 2021, 20:22

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Abdullayev Nəzər Şahin oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Qeyd edək ki, piyadanı avtomobillə vuran sürücünün də qəzadan sonra halı pisləşib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir