Modern.az

Əfqanıstanın daha 94 hərbçisi Tacikistana qaçdı

Əfqanıstanın daha 94 hərbçisi Tacikistana qaçdı

Aktual

4 İyul 2021, 21:50

Əfqanıstanda “Taliban” hərəkatının silahlıları ilə döyüşmək istəməyən 94 sərhədçi ölkənin ərazisini tərk edərək Tacikistana qaçıb.

 

Modern.az "RİA Novosti”yə istinadla xəbər verir ki, yerli vaxtla 18:00-da “Taliban” hərəkatının silahlıları Bədəxşan vilayətinin Xoxon ərazisini döyüşsüz ələ keçiriblər. Xəbərdə qeyd edilir ki, əfqanıstanlı hərbçilər şəxsi heyətin qorunub saxlanılması üçün sərhədi keçiblər.

 

Bildirilib ki, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq əfqanıstanlı hərbçilərə respublikanın ərazisinə keçməyə icazə veriblər.

 

Bundan əvvəl Tacikistan Əfqanıstanın 300-dən çox hərbçisini ərazisinə buraxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi