Modern.az

Avtobus yük maşınları ilə toqquşdu - 32 ölü, çox sayda yaralı var

Avtobus yük maşınları ilə toqquşdu - 32 ölü, çox sayda yaralı var

Aktual

4 İyul 2021, 22:53

Mozambikin Maputu əyalətində üç avtomobilin toqquşması nəticəsində 32 nəfər ölüb, 11 nəfər ağır yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, avtobus iki yük avtomobili ilə toqquşub.

 

Əyalət bələdiyyəsinin başçısı Kristin Mafumo bildirib ki, qəzada ümumilikdə 57 nəfər yaralanıb. Onlardan 15-i yüngül və orta dərəcəli bədən xəsarətləri alıb, 11 nəfər xəstəxanadan buraxılıb.

 

Qəzaya yolda pis görüntü və yüksək sürətin səbəb olduğu ehtimal edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir