"Xəzərdə partlayış baş verən əraziyə gəmi göndərilib".
Modern.az xəbər verir ki, bunu SOCAR-ın sözçüsü İbrahim Əhmədov sosial şəbəkədə məlumat paylaşıb.
"Hazırda dəqiq məlumat budur ki, SOCAR-a aid olan hər hansı bir sənaye obyektində qəza baş verməyib. Hadisə yerinə araşdırma üçün gəmi göndərilib. Əlavə məlumat olan kimi paylaşılacaq", - deyə o, bildirib.