Modern.az

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

Aktual

5 İyul 2021, 07:52

 

Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin etmişdir. Yüksək beynəlxalq nüfuza malik iqtisadi- maliyyə qurumları Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirirlər. Azərbaycan özünün iqtisadi siyasətini zamanın dəyişən tələblərinə və meydana çıxan yeni çağırışlara uyğun qurur. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini şərtləndirən amillər sırasında ölkəmizin güclü iqtisadi potensialı xüsusi yer tutur. Respublikamız son 18 ildə məhz getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə güclü ordu yaratmağa, Silahlı Qüvvələrimizi müasir döyüş texnikası ilə təchiz etməyə nail oldu. Güclü Ordumuz isə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşməni kapitulyasiyaya uğratdı və ərazi bütövlüyümüzü tam təmin etdi. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə əldə edilmiş tərəqqinin göstəricisi kimi, qeyd etmək olar ki, ölkəmiz bölgənin strateji, siyasi və iqtisadi proseslərinin gedişinə təsir göstərir. Dövlətimizin maraqlara uyğun olaraq xarici siyasət prioritetlərinin təmin olunmasında vətənimizin siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından məharətlə istifadə edir.

 

Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi məqsədilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində mühüm işlər görülmüşdür. Belə ki, ən yaxşı beynəlxalq təcrübələr öyrənilmiş, təhlillər aparılmış və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Ticarət və loqistika mərkəzi olan Qaradağ rayonunda Ələt Azad İqtisadi Zonasının yaradılmasında da məqsəd xarici iş adamlarını ölkəmizə cəlb etmək, Azərbaycanda nəqliyyat infrastruturunu yeni istiqamətlər üzrə genişləndirmək, yükdaşıma səviyyəsini artırmaqdır. İyul ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi ölkə iqtisadiyyatının inkişafını gücləndirəcək  ən nəhəng layihələrdən biridir. Mərasimdə Azərbaycan Televiziyasına müsahibəsində bu layihənin təməlində ölkəmizin dövlət siyasətinin dayandığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, illərdən bəri aparılan siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı belə azad iqtisadi zonaların yaradılmasını zəruri edir: Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində dövlətin siyasəti dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaqdır.

 

Mahmudov Natiq

Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV