“Ermənistanda hakimiyyət azad seçkilər yolu ilə həyata keçirən xalqa məxsusdur. 2021-ci ildəki erkən parlament seçkiləri açıq şəkildə göstərdi ki, onilliklərlə davam edən mübarizədən sonra seçkilər daxili siyasi böhranı təhrik etmədən düzgün həyata keçirildi”.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə təbrik nitqində bildirib.
Paşinyana görə, Ermənistanı həqiqətən suveren, demokratik, sosial və hüquqi dövlət etməyin vaxtı gəlib. Bu yolda ilk görüləcək iş dövlət qurumlarının islah və formalaşmasıdır.
Xatırladaq ki, 5 iyul Ermənistanda Konstitusiya Günü kimi qeyd edilir.
Aysel Məhərrəm