Modern.az

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - hava xəbərdarlığı

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - hava xəbərdarlığı

Aktual

5 İyul 2021, 14:12

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Modern.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

 

"İyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. İyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV