Modern.az

İntihar edən gənclə bağlı rəsmi MƏLUMAT

İntihar edən gənclə bağlı rəsmi MƏLUMAT

Aktual

5 İyul 2021, 16:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 vətəndaşın körpüdən yıxılaraq dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, məlum olub ki, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu intihar məqsədi ilə özünü Gəncə çayının üzərindəki körpüdən dərəyə ataraq ağır bədən xəsarətləri alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə O.Ələsgərovu dərədən çıxarıb və TTTY briqadasına təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV