Modern.az

Nantdakı "Qarabağ" məktəbinin şagirdlərinə Oxçuçay fəlakətindən danışılıb

Nantdakı

Aktual

5 İyul 2021, 17:58

 

Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan həftəsonu məktəbində Oxçuçayın çirkləndirilməsi mövzusunda dərs keçirilib. 

 

Modern.az xəbər verir ki, dərs zamanı çagirdlərə ekoloji fəlakətlərin yaranma səbəbləri, ətraf mühitin qorunmasının zəruriliyi, Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən çirkləndirilməsi barədə ətraflı məlumat verilib. Belə ekocinayətlərin təbiətə böyük ziyan vurduğu və insanların sağlamlığına təhlükə yaratdığı nəzərə çatdırılıb.

 

Şagirdlər Fransa ictimaiyyətinə müraciət edərək, Oxçuçay fəlakətinə göz yümmamağa və ətraf mühitin gorunması üçün zəruri addımları atmağa çağırış ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi