Modern.az

Türkiyədəki Azərbaycan diaspor təşkilatları ekoterrora etiraz etdlər

Türkiyədəki Azərbaycan diaspor təşkilatları ekoterrora etiraz etdlər

Aktual

5 İyul 2021, 18:04

Türkiyədə fəaliyyət göstərən 75 diaspor təşkilatı və kütləvi informasiya vasitələri Ermənistan və Almaniya şirkətlərinin Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.

 

Bəyanatda yaranmış vəziyyət açıq-aşkar ekoterror fəaliyyəti kimi qiymətləndirilib:  "Qonşu ölkələr unutmamalıdır ki, Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür. Nəticədə çaydakı çirklilik səviyyəsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa zəhərləyici təsir göstərir. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir".

 

Bəyanat müəllifləri Almaniyanın "Cronimet" şirkətindən Oxçuçayın vəhşicəsinə çirkləndirilməsi nəticəsində törədilən ekoloji terrora son qoymağı tələb edib: "Təbii ehtiyatların, eləcə də mədən məhsullarının istismarı ilə məşğul olan bütün şirkətlər, dünyanın hansı ölkəsində fəaliyyət göstərmələrindən asılı olmayaraq, ekoloji təmizliyin qorunması ilə bağlı beynəlxalq konvensiyaların şərtlərinə əməl etməyə borcludur. Birmənalı olaraq ifadə edirik ki, Oxçuçayın məhv edilməsi ekoloji terror aktıdır və buna görə Ermənistan hökuməti ilə Almaniyanın "Cronimet” şirkəti beynəlxalq hüquq qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar".

 

Yaranmış təhlükəli vəziyyətin miqyasının arta biləcəyinə diqqəti cəlb edən bəyanat müəllifləri beynəlxalq təşkilatları Oxçuçayla bağlı ekoterrora göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırıblar.

 

Türk və ingilis dillərində beynəlxalq təşkilatlara, o cümlədən “Cronimet” şirkətinin Almaniyadakı baş ofisinə və İstanbul şəhərindəki nümayəndəliyinə göndərilən bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

 

 

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində Azərbaycan Evi

 

Hatay Azərbaycan Evi

 

Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi

 

Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi

 

İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma  Dərnəyi

 

Azərbaycan Təhsil  və Kültür Dərnəyi

 

Eskişəhər Azərbaycanlılar Dərnəyi

 

Gənc Azərbaycanlılar Dərnəyi

 

Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi

 

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi

 

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası

 

Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi

 

Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası

 

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası

 

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi

 

İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi

 

Türkiyə  Azərbaycan Dərnəyi

 

Iğdır Azərbaycan Evi

 

Adana Azərbaycan Kültür və Dayanışma  Dərnəyi

 

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi

 

İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq  Dərnəyi

 

İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi

 

Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi

 

Çağdaş Azərbaycan Kültür Dərnəyi

 

Ədirnə Azərbaycan Evi Dərnəyi

 

Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma  Mərkəzi

 

Azərbaycanlı Həkimlər Dərnəyi

 

İstanbul-Azərbaycan Dostluq Dərnəyi

 

“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi

 

Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi

 

Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik  Dərnəyi

 

“Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi

 

Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi

 

Anka - Azərbaycan Rəqs və Sənət Klubu

 

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi

 

Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi

 

Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi

 

İstanbul Azərbaycan Kültür Evi

 

İstanbul Heydər Əliyev adına Azərbaycan  məktəbi

 

Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi

 

Balıkesir Azərbaycan Evi Dərnəyi

 

“Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi

 

Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi

 

“Mübariz” Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi

 

Azərbaycan Gənclərinin İstanbul Hərəkatı

 

İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu

 

Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu

 

Düzce Üniversitesi Türk Dünyası Topluluğu

 

Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu

 

Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi

 

Konya Azərbaycanlı Tələbələr Birliyi

 

Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu

 

Manisa Azərbaycanlı Tələbələr Birliyi

 

Kayseri Azərbaycanlı Tələbələr Birliyi

 

Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi

 

Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi

 

Azərbaycan Kipr Dostluq Cəmiyyəti

 

Azərbaycan - Kipr Gənclər Təşkilatı

 

Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi

 

Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi

 

"Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi”

 

Qars Azərbaycan Evi Dərnəyi

 

İğdır Vakfı

 

Azərbaycan Çanaqqala Dərnəyi

 

“Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı”

 

”Azərbaycan Deyincə” Dərnəyi

 

AzArt - Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu

 

Alanya Azərbaycanlılar Dərnəyi

 

Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi

 

Azərbaycan Kültür Mərkəzi Dərnəyi

 

Türkiyə Anadolu Aydınlar Ocağı

 

Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu

 

Türk Kültür Platformu

 

“Yeşil İğdır” qəzeti

 

Kars Hüryurt Gazetesi

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV