Modern.az

Fransadakı soydaşlarımız Oxçuçay fəlakəti barəsində petisiya ilə çıxış ediblər

Fransadakı soydaşlarımız Oxçuçay fəlakəti barəsində petisiya ilə çıxış ediblər

Aktual

5 İyul 2021, 18:25

 

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyevanın təşəbbüsü ilə //agir.greenvoice.fr portalında Oxçuçayın ekoloji fəlakətdən qorunması çağırışı ilə petisiyaya start verilib. 

 

Petisiyada Oxçuçayın Azərbaycanın Zəngilan rayonundan keçdiyi və Araz çayına töküldüyü, torpaqlarımız işğaldan azad ediləndən sonra aparılan monitorinq zamanı çayın Ermənistan və Almaniya şirkətlərinə məxsus mədən müəssisələri tərəfindən iri miqyasda çirkləndirməyə məruz qaldığı bildirilib. Qeyd edilib ki, Araz çayı Azərbaycanın böyük ərazisi üçün əhəmiyyətli su mənbəyi hesab olunur və çayın təhlükəli maddələrlə çirklənməsi bölgənin faunası, florası və əhalisi üçün ekoloji fəlakətə çevrilə bilər.

 

Petisiya müəllifi Ermənistanın məsuliyyətli ölkə kimi davranması, Oxçuçayın çirklənməsinin qarşısının alınması, məhv edilmiş ekosistemin bərpa olunması naminə Fransa ictimaiyyətini və beynəlxalq birliyi qətiyyətli addımlar atmağa çağırıb.

 

Aşağıdakı linkə daxil olmaqla petisiyaya qoşulmaq mümkündür: 

 

//agir.greenvoice.fr/petitions/protegeons-okhchuchay-du-desastre-environnemental?source=facebook-share-button&time=1625438944&utm_source=facebook&share=82a8b8f5-7bbe-4743-b68a-16f09892cec8

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV