Modern.az

Vaksin vurduranların sayı 4 milyona yaxınlaşır

Vaksin vurduranların sayı 4 milyona yaxınlaşır

Aktual

5 İyul 2021, 18:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 769 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 294, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 475 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3793533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2345371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1448162 təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...