Modern.az

ABŞ üç nəfər İran vətəndaşına qarşı sanksiyaları ləğv etdi

ABŞ üç nəfər İran vətəndaşına qarşı sanksiyaları ləğv etdi

Aktual

5 İyul 2021, 19:19

ABŞ Maliyyə Departamenti üç nəfər İran vətəndaşına qarşı sanksiyaları ləğv edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ hökumətinin İranın raket proqramı ilə bağlı olduğunu güman etdiyi “Mammut Diesel” şirkətinin icraçı direktoru Məhəmməd Rza Dezfulian, “Mammut İndustrial Group” şirkətinin səhmdarları Behzad Firdövs və Mehrzad Firdövs sanksiya siyahısından çıxarılıb.

 

Maliyyə Departamentindən bildiriblər ki, bu addım İrana qarşı sanksiya siyasətində hər hansı dəyişikliyə dəlalət etmir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi