Modern.az

Neftçalada dənizdə batanlar var - YENİLƏNİB

Neftçalada dənizdə batanlar var - YENİLƏNİB

Aktual

5 İyul 2021, 20:25

Bu gün axşam saat 18:15-də Neftçalanın Şirvanlı kəndi ərazisində dənizdə boğulan şəxslərin rayon sakinləri - 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu olduğu müəyyən edilib.

 

Modern.az xəbər verir ki, Məmməd Bədəlovun 2010-cu il təvəllüdlü digər oğlu xilas edilib.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Şükür Mənəfovun axtarışları davam edir.

 

***

 

Neftçalada dənizdə 3 nəfər boğulub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Onlardan ikisinin nəşi çıxarılaraq məhkəmə-tibbi ekspertizaya göndərilib, meyitlərin şəxsiyyətləri müəyyənləşdirilir.

 

Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri digər 1 nəfərin tapılması istiqamətində axtarışları davam etdirirlər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV