Modern.az

Qəbələdə müəllim özünü asdı

Qəbələdə müəllim özünü asdı

Aktual

5 İyul 2021, 20:54

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.

 

Nohurqışlaq kənd tam orta məktəbində kimya müəllimi işləyən Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi