Modern.az

Qazaxda sərnişin avtobusu aşdı - yaralılar var

Qazaxda sərnişin avtobusu aşdı - yaralılar var

Aktual

5 İyul 2021, 21:59

Qazaxda avtobusun aşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

 

Xəsarət alan şəxslər – 1986-cı il təvəllüdlü İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, 1998-ci il təvəllüdlü İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilov Yusif Tahir oğlu, azyaşlı İbrahimxəlilova Mehriban Tahir qızı azyaşlı, İbrahimxəlilov Pənah Mehman oğlu, 2020-ci il təvəllüdlü İbrahimxəlilova Mədinə Mehman qızı və 7 yaşlı İbrahimxəlilova Nərmin Natiq qızıdır.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

 

***

 

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "Sprinter" sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

 

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2-si uşaq olmaqla, 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadidə yerinə DYP əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır (apa).

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir