Modern.az

Təkər maşından çıxıb qadına çırpıldı

Təkər maşından çıxıb qadına çırpıldı

Aktual

5 İyul 2021, 22:51

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib.

 

Hərəkətdə olan “VAZ 21099” markalı avtomobilin ön sol təkəri yerindən çıxaraq xiyabanda ağacları sulayan 1963-cü il təvəllüdlü Şəmayıl Səfərovaya dəyib.

 

Ağır bədən xəsarətləri alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır (apa).

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi