Modern.az

AVRO-2020-nin ilk finalçısı bu gün bəlli olacaq

AVRO-2020-nin ilk finalçısı bu gün bəlli olacaq

Aktual

6 İyul 2021, 08:33

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.

 

Modern.az-ın məlumatına görə, bu mərhələnin hər iki oyunu İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.

 

İlk oyun günündə İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

 

Avropa çempionatı

 

Yarımfinal

 

23:00. İtaliya - İspaniya

 

Baş hakim: Feliks Brix (Almaniya)

 

London, "Uembli" stadionu

 

Qeyd edək ki, yarımfinalın digər görüşündə sabah İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV