Modern.az

Prezidentlər sərhəddə yaranan hərbi-siyasi vəziyyəti müzakirə etdilər

Prezidentlər sərhəddə yaranan hərbi-siyasi vəziyyəti müzakirə etdilər

Aktual

6 İyul 2021, 09:00

Tacikistan və Əfqanıstan prezidentləri Emamali Rahmon və Məhəmməd Əşrəf Qani Tacikistan-Əfqanıstan sərhədində yaranan hərbi-siyasi vəziyyəti müzakirə ediblər.

Modern.az Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçıları Əfqanıstanla sərhəddə, şimal və şimal-şərq istiqamətində yaranan gərginlik, Taliban terror təşkilatının Mərkəzi Asiya sərhədlərinə doğru irəliləməsi, əfqan hərbçilərin şəxsi heyətin həyatını xilas etmək üçün Tacikistanın dövlət sərhədini keçməsi ilə bağlı geniş müzakirələr aparıblar.

Emamali Rahmon bildirib ki, bu məsələdə Tacikistanın mövqeyi Əfqanıstanın daxili işinə qarışmamaq, rəsmi hökumətin mövqeyini müdafiə etmək, qonşu ölkədə sülhün, sabitliyin və təhlükəsizliyin qorumasından ibarətdir.

Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, sərhədin etibarlı qorunması və ikitərəfli münasibətlərin digər aktual problemləri haqqında da danışıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV